İranla həmsərhəd ərazilərin işğaldan azad olunması hər iki ölkənin iqtisadi-siyasi münasibətlərinə böyük təkan verəcək
11:08 23.10.2020
Arxiv
496
“İranla həmsərhəd ərazilərin işğaldan azad olunması hər iki ölkənin iqtisadi-siyasi münasibətlərinə böyük təkan verəcək.”
Bu sözləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.
“ 30 ilə yaxındır ki, Qarabağın cənubu da digər işğal altındakı bölgələrimiz kimi düşmən tərəfindən vicdansızca istismar edilir və viran qoyulurdu. Nəticədə ölkəmizlə İran arasındakı sərhəd də eyni coğrafi istiqamətdən idi. Qarabağın İranla sərhədinin işğaldan azad olunmağının hər iki ölkə üçün mühüm strateji və iqtisadi əhəmiyyəti var.
Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində önəmli zəfərlərdəndir. İllərdir qondarma işğalçılar tərəfindən bağlı saxlanan sərhəd xətti tezliklə Azərbaycan-İran nəqliyyat xəttində öz tarixi rolunu bərpa edəcək. Separatçılar həm də sərhəd xəttini illeqal fəaliyyətlərin mərkəzinə çevirmişdi. İşğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın İranla dövlət sərhədi 765 km-dir, onun 132 km-i uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir, bunun İran üçün də müstəsna əhəmiyyəti var. Prezident İlham Əliyev Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik etməsi də ərazinin hər iki ölkə üçün mühüm əməmiyyətə malik olduğunu bir daha sübut edir.”
İranla sərhədlərin işğaldan azad olunmasının iqtisadi əhəmiyyətinə toxunan ekspert bildirib ki, Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq:
“Xudadərin su anbarı ilə aqrar münasibətlərdə də yeni bir inkişaf tendensiyası müşahidə ediləcək. Bundan başqa, Azərbaycanın işğal altında olmayan əraziləri tərəfdən Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altındakı olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili aydın göstərir ki, qarşıdan gələn dövrdə bu bölgələri yeni perspektivlər gözləyir. Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək, artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 %-i tamamlanıb. Son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmamazlığı müşahidə edilirdi, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq.”
Ekspert bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmağı bütün regionun taleyi üçün önəmli əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya