İranlı türkmənlərin həyatı - Fotolar

Bir zamanlar italyan səyyah Marco Polo onlardan yazmışdı
Türkmənsəhra, İranın şimal-şərqində yerləşən və əhalisinin əksəriyyəti türkmənlərdən ibarət bir Türkmən düzənliyidir.
 Bölgə, əsrlər əvvəl köçəri türkmən tayfaları üçün sığınacaq funksiyasını yerinə yetirib. Xalça, hər İranlı türkmənin evində görünən ən dəyərli əşyadır. Bu məskənlərin xalçalarla isidilməsi və bəzənməsi, qonaqların da xalça üzərində yer alması bir ənənə halına gəlib. 
Bir zamanlar italyan səyyah Marco Polo, bu diyarı ziyarət etmiş və səyahət qeydlərində yerli xalqın böyük bir ustalıqla toxuduğu xalçalara xüsusi yer ayırmışdı. Yerlilərin alaçig (alachigh) dediyi çadırın girişində kiçik bir türkmən qızı. 
Yerli qadınlar, geyimlərində göz oxşayan rəngləri seçir. Paltarlara, ailə və qəbiləyə varlıq, rifah gətirməsi üçün pul şəklində naxışlar işlənir. Bir xalçanın istehsal müddəti çox uzun və çox çox əl əməyi tələb edir. Mərhələlərdən ən əhəmiyyətlilərdən biri də ipliklərin rənglənilməsidi. Dəvə, ya da qoyun yunundan iplik istehsalıyla yalnız qadınlar məşğul olur, maşın isə istifadə edilmir. Verilən naxışa uyğun xalçaları toxuma öhdəçiliyini ənənəvi olaraq qadınlar boynuna götürür. 
 Xalça toxuma sənəti erkən yaşda öyrədilir. Gənc türkmən qızı xalça toxuculuğunda ilk addımlarını atır. Yerli xalq xalçaları məskənlərini bəzəmək üçün istifadə edir. Bazarlarda yalnız hazır xalça deyil, istehsalı üçün lazımlı vəsaitlər də alına bilir.