İrəvanda müxalifət nümayəndələri metronun hərəkətini iflic etdilər

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları cümə günü səhər İrəvan metrosunda hərəkəti iflic ediblər.
TASS bu barədə metronun mətbuat xidmətinə istinadən xəbər verir.
“Saat 09:08 radələrində İrəvan metrosunun hərəkəti iflic oldu. Metro stansiyalarında itaətsizlik aksiyaları keçirilir”, - deyə bildirilir.