İşğaldan azad edilmiş ərazilərdən təxliyə olunmuş erməni qadından AÇIQLAMA
12:53 07.10.2020
Arxiv
597
Bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, mətbuat konfransında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Düşənbədə anadan olmuş Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb və o da hər yay Bakıya nənəsinin yanına gəlib.
A. Sofiyeva deyib ki, onunla söhbətdə Aznif Baqdasaryana da bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.
A. Baqdasaryan isə “Mənim üçün pis xalq və pis insan olmayıb. Biz də müharibə istəmirik. Biz də övladlarımızın yetim, evsiz qalmasını istəmirik. Sovet İttifaqında olduğu kimi bir yerdə yaşamaq istəyirik. Biz, əsasən, sülhpərvər əhaliyik. Bombalardan mülki insanlar əziyyət çəkir. Onlardan biri də mənəm. Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. 3 sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər haman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər”, deyib.
A. Baqdasaryan iki xalqın uzun müddət dostluq şəraitində yaşadığını vurğulayıb: “Biz yüz illərlə müharibə aparmalı deyilik. İstəmirik ki, analar uşaqlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın”.
A. Baqdasaryan Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya