İŞİD amerikalı əsgəri qətlə yetirib - Əfqanıstanda




Əfqanıstanda İŞİD-ə qarşı mübarizə məqsədilə aparılan hərbi əməliyyatda bir amerikalı əsgər həlak olub. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, hadisə ötən gün Əfqanıstanın şərqində əfqan və amerikan əsgərlərinin birgə əməliyyat zamanı baş verib. Döyüşdə amerikalı hərbiçi xəsarət alıb və aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. 

Digər yaralılar isə müayinə üçün xəstəxanalara yerləşdirilib.  


Qeyd edək ki, bu Əfqanıstanda həlak olan 10-cu amerikan əsgərdir. Bundan əvvəlkilər  Kandaharda həlak olub. 

Məlumat üçün bildirək ki, bir il müddətində 8400 Əfqanıstanda NATO-nun keçirdiyi əməliyyatlarda 8400 amerikalı əsgər iştirak edib. Ümumilikdə isə bu əməliyyatlara 13000 hərbiçi qatılıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD