İsraildəki diaspor həddini aşan Ermənistana cavab verməyə çağırıb
09:18 10.11.2020
Arxiv
356
İsraildəki Azərbaycan diasporu hökuməti həddini aşan Ermənistanın cavabını verməyə çağırıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Aziz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası rəsmi Yerusəlimi Ermənistanla münasibətlərinə yenidən baxmağa və bəzi erməni xadimlərini “arzuolunmaz şəxs” elan etməyə çağırıb.
Assosiasiyanın sədri Lev Spivakın imzası ilə İsrailin Baş naziri Binyamin Netanyahu və Xarici İşlər naziri Qabi Aşkenaziyə ünvanlanan müraciətdə diqqət Ermənistan Respublikasının indiki hökumətindən İsrail dövlətinə və bütövlükdə yəhudi xalqına gələ biləcək təhdid və təhlükələrə cəlb edilib.
Buna nümunə olaraq cəmi iki həftə İsraildə səfir işləmiş Armen Sumbatyanın İsraillə Azərbaycanın əməkdaşlığına və ticarət əlaqələrinə zərər vurmaq məqsədilə təhrikedici əməllərlə məşğul olması, İsrail KİV-lərində dezinformasiyalarla çıxış etməsi, Ermənistan baş nazirinin köməkçisi Sergey Melkonyanın İsrail hökumətini antisemitizmdə ittiham etməsi və hədələməsi, qondarma “DQR” rejiminin başçısı Araik Arutunyanın İsraili “erməni xalqının soyqırımında” ittiham etməsi, Baş nazir Nikol Paşinyanın erməni xalqına İsrailin humanitar yardım təklifinə rədd cavabı verməsi, olduqca aqressiv və kobud formada israilliləri terrorçularla müqayisə etməsi və “erməni xalqının soyqırımı”nda günahlandırması göstərilib.
Azərbaycanın döyüş zonalarından uzaqda yerləşən yaşayış məntəqələrinin Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombardman etməsi nəticəsində son altı həftə ərzində 92 dinc azərbaycanlının, o cümlədən 11 uşağın qətlə yetirildiyini, 400 sakinin yaralandığını, yüzlərlə evin dağıdıldığını xatırladan assosiasiya nəzərə çatdırıb ki, Azərbaycandan gəlmiş yəhudilər və İsrail vətəndaşları olaraq oradakı qohumları, yaxınları və dostları üçün narahatlıq keçirirlər: “...erməni hökuməti hələ İsraili mühakimə və təhrik, israilliləri təhdid etməyə və “erməni xalqının qatili” adlandırmağa cürət edir”.
İsrail xalqının bu cür davranışının yolverilməz olduğunu vurğulayan “Aziz” hesab edir ki, Paşinyan başda olmaqla erməni rejiminə adekvat cavab verilməlidir.
Həmvətənlərimiz İsrail hökumətini Ermənistanla münasibətlərə yenidən baxmağa, Ermənistan hökumətindən gələn bütün təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görməyə, bu ölkənin bir sıra xadimlərinin arzuolunmaz şəxs elan edilməsini, erməni qüvvələrinin İsrailin daxili işlərinə, xüsusilə də Azərbaycanla münasibətlərinə müdaxilə etməsinin qarşısını almağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya