İt, pişik kimi quzunu da gəzdirməyə çıxarmaq olar
05:55 04.03.2021
Arxiv
515
Polis o gənclərə heç bir müdaxilə etməməlidir
Ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, həmin şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb. Polis profilaktik söhbət apardıqdan sonra onları sərbəst buraxıb.
Qeyri-adi olay ilə bağlı öz düşüncələrini "Şərq"lə bölüşən "Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyir ki, necə olur ki, it və pişiyi gəzməyə çıxarmaq olur, lakin quzunu yox?
"Bu məsələdə iki önəmli məqam var. Birincisi odur ki, gənclər fərqlənmək, qeyri-adi nəsə etmək və sosial şəbəkələrdə insanların diqqətini özlərinə çəkmək üçün belə hərəkətlər edirlər.
Doğrudur, bu, normal bir hadisə deyil. Digər tərəfdən isə polis əməkdaşları bununla bağlı həmin şəxslərə hər hansı bir müdaxilə etməməlidir. Polisin vəzifəsi hüquq və asayişi təmin etmək, qorumaqdır.
Bu şəxslər isə heç bir hüquq pozuntusu etməyib. Başqalarına və onların əmlakına zərər vurmayıb. Belə bir vəziyyətdə isə onlar günahsız hesab olunur. Ona görə də hüquq-mühafizə orqanlarının həmin adamlara müdaxilə etməsi gərəksizdir.
Necə olur ki, it və pişik kimi ev heyvanlarını gəzməyə çıxarmaq olar, amma quzunu yox? Bu, nəyə əsasən müəyyən olunur?
Ona görə də hər iki tərəfdə problem var. Birinci tərəf ona görə haqsızdır ki, şəhərin mərkəzində quzu gəzdirmək normal görünmür. İkinci tərəf, yəni polis həmin vətəndaş bunu edibsə də, şəxsə müdaxilə etmək, yaxud haqqında hər hansı bir tədbir görmək düzgün deyil"
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm