Erməni mediasının yazdığına görə, hökumətin türk məhsullarına qoyduğu qadağa Türkiyənin Azərbaycana dəstək verməsi ilə bağlıdır. Yerevan Ankaranı “cəzalandırmaq” məqsədi ilə bu cür absurd qərar qəbul edib. Məsələ ondadır ki, məlum qadağanın zərbəsi Türkiyəyə deyil, Ermənistandakı istehlakçılara dəyir. Xatırladaq ki, Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq mal idxal edib.
İtirən Ermənistandır
Turan
08:59 15.01.2021
Arxiv
792
Türk mallarına qadağanın Ankaraya isti-soyuğu yoxdur
"Əgər Yerevanda rasional düşüncə qalib gələrsə, erməni xalqının gələcəyini xilas etmiş olarlar"
Yanvar ayından Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib. Məlumata görə, Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz etməyi planlaşdırır. İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi deyib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir: “Bu, iranlı istehsalçılar üçün yaxşı bir fürsətdir”.
Erməni mediasının yazdığına görə, hökumətin türk məhsullarına qoyduğu qadağa Türkiyənin Azərbaycana dəstək verməsi ilə bağlıdır. Yerevan Ankaranı “cəzalandırmaq” məqsədi ilə bu cür absurd qərar qəbul edib. Məsələ ondadır ki, məlum qadağanın zərbəsi Türkiyəyə deyil, Ermənistandakı istehlakçılara dəyir. Xatırladaq ki, Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq mal idxal edib.
Qərarı “Şərq”ə təhlil edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ermənilər müharibədəki ağır məğlubiyyət səbəbindən ötən ilin oktyabr ayında belə qadağa tətbiq ediblər. Ekspertin sözlərinə görə, populist qərar daxili auditoriya üçün gündəmə gəlmişdi:
“Bunun Türkiyəyə isti-soyuğu yoxdur. Türkiyənin illik ticarət dövriyyəsi 136 milyard dollardır. Bu qədər böyük dövriyyənin arasında 250 milyonluq məhsul qadağası qardaş ölkəyə ciddi problem yaratmır. Ziyan görən məhz ermənilər olacaq. Keyfiyyətli türk mallarının aşağı keyfiyyətli məhsullarla əvəzlənməsi istehlakçıların narazılığına gətirib çıxaraq.
Çox güman ki, qərar qısa müddət sonra yenidən nəzərdən keçiriləcək və ləğv ediləcək. Həm də nəzərə almaq lazımdır ki, Türkiyədən birbaşa idxalatın olmaması o demək deyil ki, türk malları Ermənistan bazarına gəlməyəcək. Türk malları Gürcüstan üzərindən ermənilərə çatdırıla bilər. Bu cür qərar effektsizdir”.
İqtisadçı vurğulayıb ki, Ermənistanın gələcəyi region ölkələri, ələlxüsus Türkiyə və Azərbaycanla yaxın əməkdaşlıqdan asılıdır:
“Ermənistanın Qərbə çıxışı Türkiyə üzərindən mümkündür. Kommunikasiyaların bərpası ermənilərə hamıdan çox lazımdır. Ermənistan uzun zamandır özünü bütün iqtisadi layihələrdən, regional əməkdaşlıqdan təcrid edib.
Əgər Yerevan işğalçılıq siyasətindən birdəfəlik əl çəkərsə, Azərbaycanın qanuni sərhədlərinə hörmətlə yanaşarsa, xülyalardan uzaq duraraq qonşulara qarşı aqressiv siyasətə son qoyarsa, udan tərəf ermənilər olar. Ermənistan çox primitiv iqtisadi modelə sahibdir. Hər şey Ermənistandan asılıdır. Obrazlı desək, “top Yerevandadır”.
Türkiyə ilə sərhədlərin açılmasında da ilk növbədə Ermənistan maraqlı olmalıdır. Ankara hökuməti buna hazır olduğunu dəfələrlə bəyan edib. Əgər Yerevanda rasional düşüncə qalib gələrsə, erməni xalqının gələcəyini xilas etmiş olarlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya