İtlərin küçəyə çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir”. 
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 
O bildirib ki, yoluxma hallarının artımını nəzərə alaraq, vətəndaşların bu vəziyyətdən sui-istifadə etməmələri rica olunur.