İTV-də kadr və struktur dəyişiklikləri həyata keçirilib
13:54 06.01.2021
Arxiv
370
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib.
İTV-dən APA-ya verilən məlumata görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.
Yayım Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət Elxan oğlu isə İnformasiya Departamentinin direktoru vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub.
Baş Direktor Balakişi Qasımovun yeni əmrlərinə əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar Ənvər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat rəhbərinin müavinləri təyin ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya