“Bu gün Azərbaycan əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Bu baxımdan yüksək iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Hesab edirəm ki, növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək”.
Jalə Əhmədova: “Milli Prioritetlər Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə zəmanət verir”
10:54 04.02.2021
Arxiv
882
“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" 2030-cu ilə qədər olan mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir”.
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.
Onun sözlərinə görə, müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini də daha da möhkəmləndiriləcək:
“Bu gün Azərbaycan əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Bu baxımdan yüksək iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Hesab edirəm ki, növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək”.
Deputat hesab edir ki, təsdiqlənmiş Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək:
“Reallaşdırılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək və bu inkişafdan da hər bir vətəndaşımız bəhrələnəcək. Fikrimcə, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq”.
J.Əhmədova deyib ki, Prezident İlham Əliyev tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq: “Bu prioritetlər: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Hesab edirəm ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə