Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir
15:29 03.03.2021
Arxiv
465
Ermənistan müxalifəti, istefası faktiki olaraq Baş nazir Nikol Paşinyan tərəfindən əldə edilən erməni generallarının və hər şeydən əvvəl Baş Qərargah rəisi Onik Qasparyanın etiraz aksiyalarında meydana çıxacağına ümid edir. Bu da mitinqlərə aktivlik əlavə edə bilər. Erməni müxalifəti həm dinc inqilabdan, həm də hakimiyyəti zorla ələ keçirməyə hazır olmasından bəhs edir.
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Parlamentində eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski Ermənistanda baş verənlərlə bağlı Media.Az-a münasibət bildirib.
- Ermənistan hazırda ən aktual münaqişə bölgəsidir. Fərqli münasibətlər səslənir. Təcili olaraq dəyirmi masa keçirməli, hər kəsi danışıqlar üçün oraya toplamağı, Ermənistan parlamentinin qərar verməli olduğunu söyləyən qəribə insanlar var. Ancaq görürük ki, parlament iclası baş tutmadı, çünki Nikol Paşinyanın “Mənim addımım” partiyası ora gəlmir, iclas açılmır.
Ermənistan Qafqazda, Şərqdədir - dünyanın elə hissəsindədir ki, burda məsələlər adətən güc yolu ilə həll olunur. Misiri götürün, bu ölkənin rəhbərliyində həmişə marşallar var. Liviya, İraq, Əfqanıstanda hakimiyyət hərbçilərdədir. Ermənistanın yanında yerləşən Türkiyədə altı hərbi çevriliş olub!..
Eyni ssenari Ermənistanda da mümkündür. Ermənilər tezliklə yeni bir siyasi rejim formatında oyana bilərlər. Onda Paşinyan ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Ancaq dəyişiklik faktiki olaraq qaçılmazdır. Nəticə olaraq ölkəyə mütləq rusiyayönümlü bir namizəd rəhbərlik etməsə də, ən azından NATO yönümlü insan olmayacaq, çünki NATO, ABŞ tərəfdarları Paşinyanın simasında onsuz da hakimiyyətdədir.
İndi deyəcəksiniz - bundan sonra nə etməli? Bir həll yolu var: Çar dövründə olduğu kimi, Rusiyanın bir hissəsi olmaq. Hamı sakitləşəcək, heç kim də heç nə etməyəcək. Ancaq mütləq ermənilərdən soruşmaq vacibdir ki, bunu istəyirlərmi?
İstəmirlərsə, qoy müstəqil qalsınlar. Ancaq biz ora bir nəfər də əsgər göndərməyəcəyik. Elə amerikalıların yardım göstərməsi də çətindir, çünki ermənilərə qarşı NATO ölkəsi olan Türkiyə, həmçinin ABŞ və NATO üçün Ermənistandan daha vacib olan Azərbaycan var. Ona görə də bizdən başqa heç kim Ermənistana kömək etməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm