Kamran Əliyevdən 20 ölkənin baş prokuroruna MÜRACİƏT
08:23 05.10.2020
Arxiv
529
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib.
Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq bu ilin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulub. Oktyabrın 4-dən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji senəye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulub, nəticədə ölən və yaralananlar var.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən, yeni canlı qüvvə toplamaq məqsədi ilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb.
Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik ermənilərin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.
Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində “xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyən ediliblər.
Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi “erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.
Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporanın nümayəndələri tərəfindən “erməni könüllülərinin” daşınmasının təşkil edilməsi nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistanı ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycana daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm