Kanada azərbaycanlıları terror qurbanlarını yad etmək məqsədilə bir araya gəliblər
14:23 16.11.2020
Arxiv
443
Kanadada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Toronto şəhərində yaşayan soydaşlarımız sentyabrın 27-dən bu günədək işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda qətlə yetirdiyi mülki şəxsləri yad etmək məqsədilə bir araya gəliblər.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Soydaşlarımız münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə mülki əhalinin raket atəşinə tutulması, günahsız insanların, o cümlədən, azyaşlıların qətlə yetirilməsi ilə bağlı məlumatları Kanada ictimaiyyətinin diqqətinə çatdırıb.
“Biz dinc əhaliyə qarşı müharibə cinayətlərinin qınanmasını, günahkarların cəzalandırılmasını istəyirik. Xəsarət almış soydaşlarımızın acılarına şərik olmaq, şəhidlərimizi daim xatırlamaq, belə vandalizm aktlarına qarşı səsimizi qaldırmaq və bu faktları yaşadığımız cəmiyyətlərə çatdırmaq bizim borcumuzdur”, - deyə soydaşlarımız bildirib.
Aksiya zamanı azərbaycanlılar bir sıra simvolik mesajlardan istifadə ediblər. Belə ki, onlar yastıqlar üzərində qətlə yetirilən insanların adları yazılmış kiçik lövhələr, eləcə də, qərənfillər düzərək, onların əksəriyyətinin yuxuda qətlə yetirldiyini və bütün bunların heç bir sözlə ifadə olunmayan müharibə cinayəti olduğunu diqqətə çatdırıblar.
Əllərində “Bəzən eşidilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” sözləri yazılmış posterlər tutan azərbaycanlılar bu yolla haqq səslərini çatdırıb və Ana Vətənə dəstək olduqlarını bəyan ediblər.
Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında, o cümlədən, www.armeniakills.com saytında ətraflı məlumat dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm