Keçmiş məcburi köçkünlər azad olunmuş torpaqlara bizneslərini apara biləcəklərmi? - Nazirlikdən AÇIQLAMA


“Erməni işğalından azad edilən torpaqlarda özünüməşğulluq proqramları davam etdiriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərimiz özünəməşğulluq proqramının ən həssas qrupları sırasındadır:

“İndi onlar burada qurduqları təsərrüfatları artıq dədə-baba yurdlarına daşıyacaq, orada inkişaf etdirəcəklər”. 

“Özünüməşğulluq proqramı işğaldan azad edilmiş torpaqlarımızın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsində böyük rol oynayacaq”, - deyə o əlavə edib.