Kəpəz və Nizamidə inzibati ərazi bölgüsünün ləğvi praqmatikdir
Fidan Həmişəyeva
12:02 07.09.2020
Arxiv
917
“Ərazi bölgüsünün ləğvi ümumi idarəçiliyə, əhalinin problemlərinin operativ həllinə təsir göstərəcək”
“Əsas məqsədlərdən biri idarəetmədə optimallaşdırmanı həyata keçirməkdir”
Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Məqsəd ölkənin ikinci böyük şəhərində idarəetmə keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsidir.
Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Nəticədə vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq . Böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.
Təşəbbüslə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, son illər ölkəmizin idarəçiliyində bir çox vacib islahatlar həyata keçirilir. Deputat vurğulayıb ki, əsas məqsədlərdən biri idarəetmədə optimallaşdırmanı həyata keçirməkdir. Həmçinin büdcə vəsaitinə qənaətin edilməsidir:
“Bir müddət öncə Vergilər Nazirliyi və Dövlət Əmlak Məsələləri Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilərək onların nəzdində xidmətə göstərdi. Məqsəd idarəetmənin optimallaşmasıdır.
Kəpəz və Nizami rayonlarında inzibati ərazi bölgüsünün ləğv edilməsi də bu məqsədə xidmət edir.
Gəncə şəhər icra hakimiyyəti fəaliyyət göstərir. Onunla bərabər Nizami və Kəpəz rayonunun ayrıca icra hakimiyyəti kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Çünki bu əlavə ştat vahidləri yaradır”.
Parlament üzvünün fikrincə, ərazi bölgüsünün ləğvi öz bəhrəsini verəcək:
“Vətəndaşların müraciətinə baxılması mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik həll olunacaq. Eyni zamanda böyük idarəetmə aparatı ləğv ediləcək. Həmçinin əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq”.
Millət vəkili bildirib ki, Gəncə şəhər icra hakimiyyətində icra başçısı və müavinlər var. Həmçinin Kəpəz və Nizami rayon icra başçıları və müavinləri də fəaliyyət göstərir:
“Bu, təkrarçılığa, idarəçilikdə bürokratiyaya gətirib çıxarır. Yəni vahid mərkəzdən idarəetmənin olması daha düzgündür. Ərazi bölgüsünün ləğvi ümumi idarəçiliyə, əhalinin problemlərinin operativ həllinə təsir göstərəcək. Bir var vətəndaşlar Kəpəz və Nizami rayonuna gedirlər, onlar da öz növbəsində məsələnin həlli üçün Gəncə icra hakimiyyətinə müraciət edirlər. Bir də var ki, vahid mərkəz və icra orqanı olur. Bu da Gəncə icra hakimiyyətidir. Bu qədər ştatın saxlanmasına ehtiyac yoxdur. Təbii ki, həmin kadrların işlə təminatı diqqətdə saxlanacaq və zəruri addımlar atılacaq”.
Parlamentarinin qənaətincə, ərazi bölgüsünün ləğvi davamlı xarakter almalıdır:
“Dövlət sturukturlarında bir-birini təkrarlayan qurumların fəaliyyətinə yenidən baxılmalıdır. Bəzən bir sıra komitə və nazirliklərimizdə bir-birini təkrarlayan qurumlar olur. Hazırda bu məsələlərin hər biri araşdırılır. Bəzi qurumlarda ştat vahidi böyük, bəzilərində isə yetərli deyil. Əsas hədəf çevikliyi yaratmaq, müraciətlərə operativ baxılmasıdır. İnformasiya dövründə yaşayırıq. Vətəndaşların da arzuladığı məsələ operativlik və problemlərə həssas yanaşmadır. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm