Kərbəla döyüşündə azərbaycanlı iştirak edib?
16:40 28.08.2020
Arxiv
828
Avqustun 30-da məhərrəm ayının Aşura (10-cu gün) hadisəsi qeyd olunacaq.
Məlumdur ki, Aşura hadisəsi İmam Hüseyn əleyhissəlamın adı ilə bağlıdır. İlk növbədə bilməliyik ki, hicrətin 61-ci ilinin məhərrəm ayında Kərbəlada baş verənlər, İslam tarixində mühum hadisələrdən sayılır.
Bəs vaxtilə Kərbəlada baş vermiş döyüşdə Azərbaycandan olan kimsə iştirak edibmi?
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı Samid Quliyev Lent.az -a bildirib ki, hicrətin 61-ci ilində, məhərrəm ayının 10-cü günündə baş vermiş döyüşdə azərbaycanlının iştirak etməsi haqqında Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərində məlumat verilib: “Hədiqətüs-süəda” bədii əsərdir, orada qeyd olunan bir çox məqamlar tarixi faktlarla üst-üstə düşmür. Həmin əsərdə Müslüm Azərbaycani kimi qeyd olunan şəxs əslində ərəb mənşəlli Bəni-Əsəd qəbiləsindən olan Ovsəcə oğlu Müslümdür. Klassik şairimiz Məhəmməd Füzuli əsərdə Müslümün azərbaycanlı olduğunu qeyd edib.
Digər mənbələrdə isə Süleyman, Səlim və ya Əsləm adı ilə keçmiş bir şəxs “Turki” olaraq qeyd olunub. Bu şəxsin kimliyi barədə araşdırma apardıqda əslən Qəzvindən, Deyləm türklərindən olan Əmr oğlu Əsləmdir. Onun düzgün və gözəl səslə “Quran” oxuması ilə yanaşı, güclü döyüşçü olması göstərilib.
Mənbələrdə İmam Hüseynin bir neçə şəhidin üzərinə gəlib vidalaşması səhnəsində məhz Əsləm Turkinin də adı qeyd edilib. Əsləmin döyüş meydanında rəcəz oxuması da bu günə qədər dillər əzbəridir. Həmin rəcəzin tərcüməsi belədir ki, vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm