Kirayə ödənişi etməklə qaldığı evi satın almaq istəyənlərə ŞAD XƏBƏR
09:27 16.12.2020
Arxiv
375
Satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.
Bildirilib ki, hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond tərəfindən Sumqayıt şəhərində satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısı bir qədər də genişləndirilib.
Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib.
Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi, su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış məzilləri haqqında əlavə məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol