Kolumbiya televiziyasında Qarabağla bağlı bəyanata dair reportaj
04:26 01.12.2020
Arxiv
402
Kolumbiyanın nüfuzlu “NTN24” televiziya kanalının “El mundo a esta hora” verilişində Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj və bu ölkədəki səfirimiz Məmməd Talıbovun mövzu ilə əlaqədar müsahibəsi yayımlanıb.
Bununla bağlı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Müsahibədə Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və 1 milyon azərbaycanlının etnik təmizləməyə məruz qalaraq öz yurdlarından qovulduğunu deyən səfir, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə də 27 ildir işğalçı dövlət tərəfindən əməl edilmədiyini bildirib.
Əldə olunan razılaşmanın Ermənistan tərəfində olan narazılıq fonunda uğurlu olmasının mümkünlüyü ilə bağlı suala dair səfir yaranmış durumun Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin hərbi-siyasi rəhbərliyinin illərdir işğalın nəticələrini gücləndirmək siyasəti güddüyünü, öz xalqını aldadaraq onu barışığa hazırlamaq yerinə işğalın nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.
İmzalanan bəyanatın pozulması və hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə bağlı suala münasibətdə diplomat Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozaraq münaqişə zonasından kənarda yerləşən şəhərləri atəşə tutduğunu, bu zaman 94 nəfər mülki sakinimizin ölümünə, 400-dən çox insanınsa yaralanmasına səbəb olduğunu, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi terrorçu təşkilatlara sahib olduğunu, bu baxımdan qarşı tərəfdən təxribat və terror aktları təhlükəsinin diqqətdə saxlanıldığını, hazırda isə Rusiya və Türkiyənin də atəşkəs rejiminə və bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət etdiyini nəzərə alaraq, sülhün davamlı olacağına və Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkərək razılaşmanın tələblərinə riayət edəcəyinə ümidvar olduğumuzu bildirib. Qeyd edib ki, bundan sonra Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, erməni xalqı da qonşu xalqlarla barışıq içində yaşamağı öyrənməlidir.
İşğaldan azad edilmiş ərazilərin ermənilər tərəfindən tamamilə məhv edildiyini deyən səfir, Azərbaycan hökumətinin bölgəyə sərmayə yatıracağı və burada həyat üçün zəruri şəraiti yaradacağını, sonra isə son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıtmasının nəzərdə tutulduğunu söyləyib.
Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi, son hərbi əməliyyatların nəticələri və atəşkəs bəyanatının şərtləri haqda məlumat verilib və hazırda ermənilərin işğal olunmuş ərazilərimizi tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət