Koronavirusa görə əməkdaşlarını işdən çıxaranlar cəzalandırılacaq - RƏSMİ
17:00 20.05.2020
Arxiv
604
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Nazirlikdən verilən məlumata görə, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır.
Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.
Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.
Bu kimi halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.
Səlahiyyətlərindən sui-istifadə etməklə, əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin, karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya