Koronavirusa qalib gələn 17 yaşlı gəncin həmyaşıdlarına müraciəti - FOTO
08:59 16.04.2020
Arxiv
620
İrlandiyanın Dublin şəhərində COVID-19-a qalib gələn 17 yaşlı Brendon Fey həmyaşıdlarına xəbərdarlıqla çıxış edib.
Bu barədə “Dublin Live” xəbər yayıb.
Bildirilir ki, yeniyetmə özündə xəstəliyin ilk simptomlarını martın 25-də hiss edib:
“Mən öskürür və nəfəs almaqda problemlər yaşayırdım, ancaq bunu astma ilə əlaqələndirirdim. Ertəsi gün xəstəxanaya müayinəyə getdim və mənə koronavirus diaqnozu qoyuldu. Yarım saatdan sonra palataya yerləşdirildim. İştaham azaldı, nəfəs almaqda çətinlik çəkirdim. Xoşbəxtlikdən, reanimasiyaya düşmədim və aparatlara bağlanmadım”.
Fey üç gün ərzində təcrid olunub, sonra isə koronavirusa yoluxan daha iki xəstənin yatdığı palataya köçürülüb.
“Mən çox sarsıntı keçirirdim, özümü dünyadan təcrid olunmuş hiss edirdim. Axı heç kim məni ziyarət edə bilmirdi. Yalnız tibb bacıları və həkimlər gəlirdi. Bu, qorxunc təcrübə idi”, - deyə o vurğulayıb.
Müalicədən sonra Feyin səhhəti düzəlib. Nəticədə o, xəstəxanadan buraxılıb və evdə karantindədir.
Yeniyetmə etiraf edib ki, indiyə qədər yaşı ilə əlaqədar özünü toxunulmaz hesab edirdi.
“Dostları ilə əylənən, bir yerdə velosiped sürən, çimərliklərə gedən, qruplarla hərəkət edən gənclərə müraciət edirəm. Özünüzdən soruşun, həqiqətən, buna dəyərmi? Axı virus yayırsınız. Yaxşı, ola bilər ki, siz bunu yüngül keçirdiniz, valideyninizi, nənə-babanızı yoluxdura bilərsiniz…” - deyə yeniyetmə həmyaşıdlarına müraciət edib.
Fey xarici aləmlə əlaqə yaratmaq üçün “Snapchat”, “Facebook”, “FaceTime”, yaxud “WhatsApp” kimi platformalardan istifadəni tövsiyə edib.
“Küçəyə çıxmayın və ailənizi yoluxma riski ilə üz-üzə qoymayın. Əgər mən 17 yaşında sətəlcəm oldumsa, deməli, bu, sizin də başınıza gələ bilər”, - deyə irlandiyalı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm