Koronavirusa yoluxan prezident xəstəxanaya yerləşdirildi

Ukrayna prezidenti Vladimir Zelenski və prezident aparatı rəhbəri Andrey Yermak koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdiriliblər.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, o, Dövlət işlər idarəsinin “Feofaniya” klini8k xəstəxanasındadır.

“Hər şey kifayət qədər sərtdir, protokolla tənzimlənir. Onlar “Feofaniya”dadırlar. Prezidentin iclas keçirə biləcəyi xüsusi bir otaq var” – Yermakın müşaviri Mixail Podolyak bildirib.

Prezident aparatı rəhbərinin də ayrıca bir otağının olduğu, ancaq xüsusi rabitə vasitələri olmadığı bildirilir. Zelenski və Yermak şəxsən görüşmür və telefonla danışırlar.

Zelenski noyabrın 9-da koronavirusa yoluxması barədə məlumat verib. Sonra prezident özünü yaxşı hiss etdiyini və vəzifələrini yerinə yetirməyə davam edəcəyini vurğulamışdı.

İyunun 16-da prezidentin həyat yoldaşı Yelena Zelenskaya da koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Prezidentin oğlu da bir müddət əvvəl koronavirusa yoluxub.