Koronavirusa yoluxan rusiyalı nazirdən yeni xəbər var

Rusiyanın energetika naziri Aleksandr Novak koronavirusdan sağalıb.

TASS agentliyi bu barədə nazirlikdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, COVID-19 testi ardıcıl üç dəfə mənfi çıxan nazir işinin başına qayıdıb.

Xatırladaq ki, Rusiyanın energetika nazirinin koronavirusa yoluxması barədə məlumat 18 avqustda mətbuatda dərc edilmişdi.