"Koronavirusa yoluxanlar arasında bu yaşda olanlar çoxdur" - İnfeksionist
07:32 02.11.2020
Arxiv
389
“İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi, "artıq COVID bitdi" düşüncəsində olması koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”.
Bunu APA -ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: “Əsgərlərlə görüşlərin olması onları risk faktoruna uğradır. Əks-hücum hərəkətində olan bir dövlətik, bunu düşünərək əsgərlərlə görüşləri məhdudlaşdırmaq və görüşlər olduğu təqdirdə qaydalara mütləq əməl etmək lazımdır”.
N.Əliyev qeyd edib ki, payız-qış fəslində kəskin respirator və bakterial virus infeksiyaları artır: “İndiki nəticələr də onu deyir. Qış aylarında isə digər bakterial infeksiyaların işə qarışması və pik həddə çatması ilə immun sistemimizin zəifləməsi və yoluxma hallarının artması gözlənilir”.
Həkimin sözlərinə görə, virusa yoluxmamaq üçün immun sistemini qaldıracaq dərman preparatları yoxdur. O bildirib ki, immun sistemimizi düzgün qidalanma (mövsümi, vitaminli qidalardan istifadə), yuxu və maye balansına əməl etməklə yüksək tutmaq olar.
“Hazırda virusa yoluxanlar arasında 35 yaşdan başlayaraq 60 yaşa qədər şəxslər çoxdur. Ortalama isə yoluxma 40-50 yaş arasındadır”,- N.Əliyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə