Koronavirusa yoluxma sayı arta bilər – HƏKİMDƏN XƏBƏRDARLIQ
09:46 13.11.2020
Arxiv
474
“Havanın soyuması ilə əlaqədar koronavirusa yoluxma sayı arta bilər. Son günlərdə hava soyuq keçir, qapalı məkanlardan istifadə sıxlığı daha da artacaq”.
Bunu APA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, indi insanlar bir-biri ilə açıq havada görüşmürlər və məsafə nə qədər daralırsa, virusun ötürülmə riski, faizi bir o qədər yüksəlir: “Hazırki durum heç də yaxşı deyil.
Testlərin sayı artırıldığı zaman yoluxma sayı da bir o qədər çox olur. Bəzən yoluxma sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur. Yəni, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksəkdir. Havaların soyuması, xəstələrin çoxluğunu nəzərə alaraq yoluxma hallarının artacağanı düşünürəm”.
V.Əliyev qeyd edib ki, Azərbaycanın müharibəni qalibiyyətlə başa vurması yaxşı xəbərdir: “İnsanların diqqəti ön cəbhədən daha çox arxa cəbhəyə yönələcək. İstər yaralıların, istərsə də şəhid olanların dəfn mərasimləri insanların yığışması üçün bir səbəb olacaq. Burada da insanlar kütləvi halda toplaşdıqlarına görə COVID-li insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bəzən insanlar yaxşılıq etmək istədiyini düşündüyü zaman neçə insanı yoluxdura bilər. Ona görə xəstə insanlar evdən çölə çıxmamalıdırlar. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artıma doğru gedə bilər”.
İnfeksionistin sözlərinə görə, bütün yaş qruplarında koronavirusa yoluxma halları olur. O bildirib ki, yaşından asılı olmayaraq hamı yoluxma üçün risk qrupundadır. Ölüm halları isə daha çox yaşlı, xroniki xəstəliyi olanlar, gec müraciət edib, uzun müddət xəstəxanada yatanlar arasında olur: "İy və dadbilmənin olmaması şübhələnməyə əsas verir ki, həmin şəxs koronavirusa yoluxub. Ola bilsin ki, həmin adamlarda qızdırma bir gün olsun, sonra olmasın. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə