Kreml: Rusiya ölçülüb-biçilmiş mövqe tutmağa borcludur
12:29 29.09.2020
Arxiv
390
“Moskva gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz təmas xəttində baş verənlər haqqında bütün informasiyaları toplayırıq. Ən diqqətli şəkildə xəbərləri izləyirik, vəziyyəti təhlil edirik və bu məlumatlardan ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla gələcək addımları müəyyən etmək, gələcək mövqeyimizi formalaşdırmaq üçün istifadə edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
O qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun məsuliyyətli həmsədri olaraq ölçülüb-biçilmiş mövqe tutmağa borcludur.
Erməni əsilli kinorejissor Karen Şahnazarovun “Kremlin Qarabağ məsələsi ilə bağlı mövqe ortaya qoyması lazımdır” fikrinə münasibət bildirən D. Peskov deyib ki, Karen Şahnazarovun öz mövqeyini ifadə etmək hüququ var: “Lakin burada hər şeydən öncə onun anlamaq lazımdır ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq digər həmsədrlər kimi hansısa avantüradan uzaq, ölçülüb-biçilmiş və məsuliyyətli mövqe tutmağa borcludur. Yalnız bu, Moskvaya münaqişənin nizamlanmasında effektli vasitəçilik rolunu təklif etməyə imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol