“KTMT hesab edir ki, Bakının İrəvana qarşı ərazi iddiası yoxdur” - Baş katib
14:25 08.10.2020
Arxiv
498
"KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək. Bakının İrəvana qarşı ərazi iddiası yoxdur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi Stanislav Zas RT-yə müsahibəsində bildirib.
"Əminəm ki, hadisələrin bu cür inkişafı olmayacaq. Birincisi, ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığı bəyan edib və onun suverenliyinə müdaxilə etmirlər. İkincisi isə, orada öz xalqı qarşısında kifayət qədər sağlam düşüncəli və məsuliyyətlidirlər”, - deyə KTMT baş katibi qeyd edib.
S. Zasın sözlərinə görə, KTMT-nin Nizamnaməsi təşkilata daxil olan ölkənin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir: “Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda - birincisi, KTMT-yə üzv olan ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə KTMT-yə müraciət etməkdə haqlıdır. İkinci hal isə, təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla, bütün yardımı göstərir”, - KTMT baş katibi hansı hallarda təşkilatın Dağlıq Qarabağda baş verənlər məzmunundakı münaqişəyə qoşula biləcəyinə dair suala cavabında bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət