Kürdə batan Neftçala sakininin meyiti tapıldı - YENİLƏNİB


Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, B. Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

18:53

Neftçalada rayonundan bir nəfər çayda batıb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.