Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir
18:16 30.09.2020
Arxiv
377
Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan tərəfinin Moskvada görüşünü təşkil etməyə hazırdırlar.
“Sputnik” agentliyinin məlumatına görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışan rusiyalı nazir bildiirb ki, Dağlıq Qarabağdakı gərginliyə siyasi və diplomatik həll yolu tapılması üçün lazımı şərtləri təmin etmək üçün beynəlxalq səviyyədə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik səylərini davam etdirəcəklər.
Lavrov bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü də daxil olmaqla beynəlxalq təmasları Moskvada təşkil etməyə hazırdırlar. Dağlıq Qarabağda davam edən genişmiqyaslı hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini qeyd edən Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərini dərhal atəşkəs elan edilməsinə və tərəflərin qızışdırıcı çağırışlardan çəkinərək danışıqlar masasına geri dönməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm