Lavrovla Mnatsakanyan razılaşmanın icra vəziyyətini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı XİN başçıları noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının icra vəziyyətini müzakirə ediblər.