Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda qələbələri”.
Levon Aronyan Ermənistanı tərk edib
11:01 26.02.2021
Arxiv
533
Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, şahmatçı bununla bağlı paylaşım edib.
O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə addım atıb: “Ötən il hamımız üçün ağır oldu: epidemiya, müharibə, mənim üçün şəxsi faciə və dövlətin erməni şahmatına biganəliyi. Hazırkı hakimiyyətin vədlərinə əməl etməsini bir ildən artıq gözlədim və başa düşdüm ki, çətin qərar qəbul edib ölkəni tərk etməliyəm. Aydın məsələdir ki, mənim idman karyeram baxımından dəyişikliklərsiz hər gözləmə ili boş vaxt itkisidir.
Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda qələbələri”.
Levon digər ölkələrdən təkliflərin olduğunu da gizlətməyib: “Mənə dedilər ki, ekspertlər Levon Aronyanın artıq potensialı olmadığını hesab edir. İllər ərzində mənə müxtəlif ölkələrdən, o cümlədən amerikalı şahmat mesenatı Reks Sinkfilddən təkliflər gəlib. Həmişə imtinamı onunla əsaslandırırdım ki, maddi dəyərlər şahmatçıya Ermənistanda olan hörmətlə müqayisə oluna bilməz. Əminəm ki, vaxt gələcək Ermənistanda şahmatın statusu qayıdacaq. Şahmat məktəblərinin bağlanması əvəzinə ona hörmət görəcəyik. Amma inandırım ki, vətənimə bağlıyam və gələcəkdə də ölkəm üçün mümkün olan və olmayan hər şeyi edəcəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual