Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”
20:39 10.11.2020
Arxiv
462
İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.
Bu barədə “Vesti İzrail” nəşri yazıb.
“Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.
İkincisi: Atəşkəs - Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşam beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.
Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.
Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.
Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.
İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, - deyə A.Liberman bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm
Sosial şəbəkədə təhqirlərə görə 6 nəfər məsuliyyətə cəlb edilib
17:07 23.02.2026
Cəmiyyət