Liviya sahillərində 200-dən çox miqrant batıb






İlkin məlumat görə, Liviya sahillərində,  239 miqrant boğulub.

Sherg.az APA-a istinadən xəbər verir ki,  bu barədə BMT Miqrasiya üzrə Beynəlxalq Təşkilatının nümayəndəsi Flavio di Cakombo bildirib.
Məlumata görə, bir qrup afrikalı miqrantı daşıyan rezin qayıq Liviyadan yola düşdükdən bir neçə saat sonra batıb. Cəmi 27 nəfərin xilas olunduğu bildirilir.
Qəzaya uğrayan digər qayıqda isə 130 miqrant olub.