“Lobbiçilik fəaliyyətini gücləndirməliyik” - Zahid Oruc





Millət vəkili Zahid Oruc vaxtilə vətəndaşlara verilən özəlləşdirmə çekləri məsələsini parlamentin bu günkü iclasında gündəmə gətirib. 

Sherg.az-ın məlumatına görə, deputat deyib ki, özəlləşmə proqramı neft bumunun söndüyü bir zamanda dövlətin siyasətinə çevrilib. Onun sözlərinə görə, özəlləşdirmə çeklərini evlərində saxlayan adamlar var: 

"Onlara hansısa ekvivalentdə yer verilməlidir, imkan yaradılmalıdır ki, satışa çıxarılan müəssisələrin alınmasında iştirak edə bilsinlər.

Z.Oruc həmçinin lobbiçilik fəaliyyətinin gücləndirilməsini təklif edib: 

"Məlumdur ki, xaricdə bəzi dairələr Azərbaycana qarşı fəaliyyət göstərir. Biz lobbiçilik fəaliyyətini gücləndirməliyik. Bunun üçün büdcədən vəsait ayrılmalıdır”.

Anar