Lordlar Palatasında Qarabağa dair debatlar keçirilib
13:50 08.10.2020
Arxiv
554
30 sentyabr və 7 oktyabr tarixlərində Britaniya parlamentinin Lordlar Palatasında Dağlıq Qarabağ münaqişəsinə dair şifahi suallar əsasında debatlar keçirilib.
APA-nın xəbərinə görə, Palatanın müxtəlif üzvləri baş verənlərin regional müharibəyə çevrilməsindən və münaqişə ətrafında yaranmış vəziyyətlə əlaqədar əsas təsir gücünün tamamilə Türkiyə və Rusiyada qalacağından narahatlıq ifadə edib, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinin canlandırılmasına dair Britaniya tərəfindən ABŞ hökumətinə təsir imkanlarını sorğu edib, jurnalistlərin münaqişə yerinə gedib obyektiv informasiya ötürməsinin önəmini vurğulayıb və ATƏT-də 21-ci əsrin dəyişən şəraitinə uyğun islahatların aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Debatlarda xüsusən Palatanın erməni icmasının birbaşa təsiri altında olan bəzi üzvləri Türkiyənin regionda artan hərbi fəaliyyətinin məhdudlaşdırılması istiqamətində Britaniya tərəfindən NATO çərçivəsində hansı işlər görüldüyünu sorğu edib.
Qatı ermənipərəst mövqeyə malik Baronessa Koks (Britaniya Parlamentində Ermənistan üzrə Qrupun üzvüdür) bəzi “hüquq ekspertləri”nə istinadən Azərbaycanın suverenlik iddialarının əsassız olduğunu deyib.
30 sentyabrda keçirilmiş debatda iştirak edən Baronessa Varsi (2012-2014-cü illərdə Britaniya XİN-də Dövlət naziri vəzifəsində işləyib) Dağlıq Qarabağın beynəlxalq hüquqi baxımdan Azərbaycanın ərazisi olduğunu vurğulayıb.
Hər iki debat zamanı Lordlar Palatasının üzvləri tərəfindən Britaniya hökumətinə ünvanlanmış sualları cavablandıran Lordlar Palatasının üzvü, Britaniyanın xarici işlər nazirinin Parlamentlə məsələlər üzrə müavini Baronessa Sugg xüsusi təmkinlilik nümayiş etdirərək münaqişəyə dair sərt, tərəfləri ittihamedici və ictimai bəyanatlardan çəkinib, diplomatik həll variantının önəmini vurğulayıb.
O, Britaniyanın gərginliyin aradan qaldırılması və tərəflərin danışıqlar masasına geri dönməsi üçün hər iki ölkənin xarici işlər nazirləri də daxil olmaqla NATO, ATƏT, Rusiya, Türkiyə, Kanada, BMT TŞ kimi tərəfdaşlarla təmasları davam etdirdiyini bildirib.
Baronessa Sugg, həmçinin Türkiyənin NATO daxilində əsas tərəfdaşlardan olduğunu bildirərək bu ölkənin öz təsirini gərginliklərin azaldılması istiqamətində istifadə etməsi üçün NATO daxilində fəaliyyətin davam etdirildiyini söyləyib.
Baronessa Sugg hər iki debat zamanı qəti olaraq Britaniyanın BMT və ATƏT prinsiplərini vurğulamaqla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini vurğulayıb. O, ölkəsinin ATƏT-in Minsk Qrupunun baza prinsipləri, o cümlədən işğal edilmiş ərazilərin geri qaytarılması və Dağlıq Qarabağın statusunun həmin ərazidəki əhalinin rəyi əsasında qəbul olunmasına dəstək verdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət