Madagizdə erməni əsgərlər arasında atışma olub - MN

“Erməni əsgərlər arasında atışma olub”.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.