Makron Çinə ittihamlardan danışdı: Sadəlövh olmayaq!


Çinin yeni tip koronavirusu idarə etməkdə bizdən daha yaxşı olduğunu söyləyəcək qədər sadəlövh olmayaq.

Axar.az xəbər verir ki, bunu İngiltərə mətbuatına açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.

“Açıq danışsaq, Çində bilmədiyimiz şeylər oldu. Dəqiq bir söz demək üçün tezdir”, - prezident bildirib.

E.Makron qeyd edib ki, pandemiyanın nəzarət altına alınmasında ən zəngin Avropa Birliyi (AB) ölkələri daha çox məsuliyyət daşıyır:

“AB-nin siyasi bir layihə və ya (iqtisadi) bazar olub-olmadığına qərar verməliyik. Artıq bunun vaxtı çatıb. Düşünürəm ki, bu, siyasi bir layihədir. AB-ni daha da irəliyə daşımasaq, Avropa düşüncəsinin dağılması riski var”.