Martın hava proqnozu açıqlandı: 22 dərəcə isti gözlənilir
10:59 27.02.2021
Arxiv
326
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 7-12, bəzi yerlərdə 15-18 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 20-27 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 17-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində 11-16 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 42-52 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-48 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7, dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-90 mm) olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 24-45 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 56-112 mm) gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcəklər
20:30 22.06.2026
Region
İranın danışıqlar heyəti Omana səfər edib
20:23 22.06.2026
Cənubi Qafqaz
Pezeşkiandan İran millisinin bərabərliyinə reaksiya
20:15 22.06.2026
Gündəm
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
20:08 22.06.2026
Dünya
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
20:00 22.06.2026
Cənubi Qafqaz
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib
19:53 22.06.2026
Hadisə
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya
İrəvan Moskvaya maliyyə təminatı kimi yanaşır - Zaxarova
18:17 22.06.2026
Dünya
Ali məktəb artıq təhsil yox biznes ocağıdır - SOSİOLOQ
17:58 22.06.2026
Elm və Təhsil
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
17:42 22.06.2026
Region
“Paşinyan seçkidən əvvəl verdiyi sözə əməl etmədi”
17:40 22.06.2026
Siyasət
Zaxarova: Ermənistan bunu bizim hesabımıza edə bilməz
17:12 22.06.2026
Dünya