Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
11:41 24.04.2020
Arxiv
1187
Vətəndaş iddia edir ki, karantin rejimi dövründə ona əlcək və maskadan istifadə etmədiyi üçün cərimə yazılıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı həmin şəxs redaksiyamıza müraciət edib.
Onun iddiasına görə, tərtib edilən protokolda maska və əlcəkdən istifadə etmədiyi üçün cərimə olunduğu qeyd edilib:
“Cərimə Xətai rayonunun ərazisində yazılıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi Əliyev Elxan Əhliman oğlu tərəfindən protokol tərtib olundu. Mənə bildirildi ki, çölə çıxarkən qoruyucu vasitələrdən istifadə etməmək karantin rejiminin pozulması hesab olunur və inzibati məsuliyyət yaradır. Hazırda məndən yazılan cəriməni ödəməyim tələb olunur”.
Qeyd edək ki, protokol 3 aprel 2020-ci il tarixində yazılıb. Elə həmin tarixdə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mediada çıxışı zamanı maska və əlcək istifadə etmədikləri üçün polis əməkdaşları tərəfindən vətəndaşlara cərimə tətbiq olunmayacağını deyib. O bildirib ki, polis əməkdaşları vətəndaşlara qoruyucu vasitələrdən istifadəni yalnız tövsiyə edə bilər.
Bəs, vətəndaşlara sırf maska və əlcək taxılmadığı üçün yazılan cərimələr ödənilməlidir, yoxsa yox?
Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hər bir vətəndaş ona yazılan protokolla bağlı narazılığını dilə gətirə, şikayət edə bilər:
“Karantin qaydalarının pozulmasına dair yazılan protokollardan narazı olan vətəndaşlar varsa, şikayət ərizəsi ilə müraciət edə bilərlər. Verilən şikayət əsasında məsələyə baxılaraq, araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək”.
Xatırladaq ki, ölkə ərazisində karantin rejimi çərçivəsində tətbiq olunan qaydaların pozulmasına görə, vətəndaşlara cərimə tətbiq edilir. Müvafiq qaydalar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təsdiq edilmiş qərarlarda öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya