Mədəniyyət Nazirliyində yeni təyinat
06:39 15.09.2020
Arxiv
550
Mədəniyyət Nazirliyində yeni təyinat olub.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.
Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.
2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.
Son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.
İngilis, fransız, rus və türk dillərini bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol