Məğlubiyyətin acısı: “Paşinyanı linç edirlər !”
Fidan Həmişəyeva
13:03 23.11.2020
Arxiv
674
Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən birgə bəyanatın imzalanması ilə ölkəmizin 30 ildir pozulmuş ərazi bütövlüyü bərpa olunur. Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa və digər ölkələrin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Bir sözlə, Ermənistan 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda bu gününü və gələcəyini uduzmuş durumdadır.
Məhz bu məğlubiyyətdən sonra Ermənistanda daxili gərginlik xeyli şiddətləndi. Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyənlərin sayı günü-gündən artır. Bununla yanaşı, düşmən ölkədə hər gün vəzifəli şəxslərin istefa xəbərlərini oxuyuruq. Elə bu gün işğalçı ölkədə müdafiə nazirinin müavini Qabriel Balayan da tutduğu vəzifədən azad edilib. Bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib. Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynlərin vəzifəsindən istefa verib-verməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.
Ermənistanın daxilindəki vəziyyəti “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hər zaman Ermənistanın daxilində hakimiyyət uğrunda mübarizə böyük hay-küyə səbəb olub.
Partiya sədri qeyd edib ki, camaatın meydanlara çıxmasının və etiraz aksiyalarının şahidi oluruq:
“Məğlubiyyətə uğrayıblar. Bu, Paşinyanla yanaşı, erməni xalqının da məğlubiyyətidir. Erməni xalqı bir balaca nailiyyət əldə edən kimi güclü olduqlarını deyirdilər. Lakin məğlubiyyət olan kimi Paşinyanı linç edirlər. Ruslara arxayın olub, bizimlə düşmənlik etdilər. Amma sonda məhv oldular”.
S.Cəlaloğlunun qənaətincə, vurğulayıb ki, Paşinyan hakimiyyətə gələndən sonra bəzi adekvat qüvvələr onu məcbur etdi ki, Dağlıq Qarabağ məsələsində radikal mövqe sərgiləsin:
“Düşünürəm ki, Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur. Ermənistandakı hadisələrin başqa istiqamətdə inkişaf etməsi bölgədə yeni gərginliyin yaranmasına səbəb ola bilər”.
Partiya sədrinin fikrincə, hətta Rusiya da Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil:
“Çünki Rusiya başa düşür ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə üçtərəfli bəyanatda əldə edilən razılaşmalar pozula və yeni qanlar axa bilər. Beləliklə, Rusiya nüfuzdan düşə və başqa ölkələr Ermənistanı öz təsirinə salıb, bölgəyə nüfuz edə bilər. Bu baxımdan Paşinyanın hakimiyyətdə qalması həm Azərbaycan, həm Rusiya, həm də bölgədə sabitliyin təminatı üçün əsasdır. Çox güman ki, hakimiyyətdə də qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət