Məhkəmə Tibbi-Ekspertiza və PA Birliyinə yeni direktor müavini təyin edildi

Məhkəmə Tibbi-Ekspertiza və PA Birliyinə yeni direktor müavini təyin edildi
Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.
Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirin əmrinə əsasən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov tutduğu vəzifədən azad olunaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.