Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
09:45 22.09.2020
Arxiv
1068
Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyənlər üçün təlimlərə start veriləcək.
İdarədən Lent.az -a verilən məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.
İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.
Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.
Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur. Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) sentyabrın 24-dək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya