Mətbuat Şurasından erməni PUA-sının vurulması ilə bağlı jurnalistlərə MÜRACİƏT
10:11 21.09.2020
Arxiv
668
Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı müraciət edib.
"Sherg.az"ın məlumatına görə, müraciətdə bildirilir:
"Kütləvi İnformasiya Vasitələri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur.
Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən video görüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir.
Haqqında söz açdığımız görüntülər Müdafiə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmamış müəyyən sosial şəbəkə istifadəçilərinin bu kimi çəkilişləri yayması isə hələ o demək deyil ki, görüntülər Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu anın təsviridir. Belə hallarda dəfələrlə bildirmişik və yenə də vurğulayırıq ki, əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlıq tələbidir. Media orqanı və jurnalist üçün sosial şəbəkədə yayılmış materialın dürüst mənbə ola bilmə mütləqliyi yoxdur.
Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırır. Unutmaq olmaz ki, müasir dövr üçün müharibənin informasiya cəbhəsi anlayışı aktualdır və bu cəbhədə ən xırda detal belə müstəsna əhəmiyyətə malikdir. Media orqanlarımızın, jurnalistlərimizin, cəmiyyətə informasiya verməyə məsul hər bir şəxsin məsələni nəzərə alması isə həm qanunlarımızın tələbidir, həm də böyük mənəvi məsuliyyətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi