Metyu Brayza: “Fransa həmsədr ola bilməz”
07:38 28.11.2020
Arxiv
432
Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz.
Bunu Media.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini deyərək, Parisin ümumiyyətlə bir tərəfə - Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.
“Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, - deyə politoloq əlavə edib.
ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi barədə məlumatlı olmasına inanmır:
“ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, xüsusən İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir razılaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara ehtiyac var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsini xatırlayırıq). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi”, - deyə sabiq səfir bildirib.
Bununla yanaşı o, Türkiyə amilini də xatırladıb.
“NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman bunun əleyhinə olub, lakin indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır”, - deyə Metyu Brayza vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya