Mikayıl Cabbarov: “130 min sahibkara 155 milyon manat dəstək göstərilib”

“Əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir”.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir:
“Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 130 min sahibkara 155 milyon manat dəstək göstərilib.