Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
10:02 03.09.2020
Arxiv
477
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatında görüşü keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə meneceri xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edən İqtisadiyyat naziri qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb.
Qeyd edilib ki, ölkəmiz Dünya Bankı ilə əlaqələrə böyük önəm verir. Hazırda Azərbaycanda Dünya Bankının 4 kredit və 18 texniki yardım layihəsi icra olunur. Koronavirus (COVID-19) pandemiyasından irəli gələn çətinliklər və pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün Dünya Bankı tərəfindən göstərilən dəstək tədbirləri yüksək qiymətləndirilir. Bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Bjerde arasında keçirilən görüş zamanı bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Qısa və orta müddətli dövr üçün ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bölüşən Mikayıl Cabbarov iqtisadi islahatlar və struktur dəyişiklikləri, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların Bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri və islahatlara dəstək barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol