Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı daha nələr tapıldı? - AÇIQLAMA
07:48 28.08.2020
Arxiv
535
“Ekspertiza hazırda təkcə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil. Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasa da, sonradan əhatə dairəsi genişlənib”.
Bunu APA-ya açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.
Ə. Həsənov bildirib ki, həmin ərazidə repressiya illərində güllələnməyə məruz qalan partiya üzvlərinin, dövlət xadimlərinin, başqa şəxslərin də skeletləri tapılıb: “Onların da adamları ərizə verib cavab gözləyirlər. Artıq ekspertiza təkcə Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqların araşdırılması ilə deyil, oradan qalıqları tapılan digər şəxslərin də kimliyini müəyyənləşdirməyə çalışır. Müayinələr davam edir, həmin ərazidən yeni skeletlər gətirilir. İstintaq sirri olduğu üçün mən sizə dəqiq siyahını deyə bilmərəm, sadəcə, biləsiniz ki, çoxdur”.
Ə.Həsənov araşdırmaların nə vaxt yekunlaşacağı ilə bağlı suala konkret cavab verməyib: “Biz o vaxt bu işi başlayanda elə bilirdik ki, iki-üç həftəyə yekunlaşacaq, lakin üstündən iki il keçib, hələ nəticə yoxdur. Buna görə də yekunlaşma vaxtını dəqiq demək mümkün deyil”.
Qeyd edək ki, Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm