Millət vəkili tarixi bina ilə bağlı Mədəniyyət nazirliyinə müraciət edib
15:37 09.09.2020
Arxiv
469
Bayılda 1902-ci ildə tikilən tarixi binanın qorunması ilə bağlı deputat Nigar Arpadarai mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırıb.
Bununla bağlı N.Arpadarai “Facebook” hesabında məlumat paylaşıb.
“Hörmətli memarımız Elçin Əliyev maklerlərin verdiyi məlumata əsaslanaraq öz səhifəsində Bayılda 1902-ci ildə tikilən tarixi bir binanın (Azərbaycan Hərbi Dəniz Donanmasının Zabitlər evi) yerləşdiyi torpaq sahəsinin satışa çıxarılması və binanın söküləcəyi barədə məlumat paylaşıb. Bu bina yalnız neft bumu dövründə Bakının memarlığının gözəl bir nümunəsi deyil, eyni zamanda bir çox bakılıların şəxsi xatirələrinin yaşadığı bir yerdir”, - millət vəkili bildirib.
Deputat qeyd edib ki, tarixi binanın şəhərimiz və xüsusən də Səbail rayonu üçün əhəmiyyəti şübhəsizdir:
“Təəssüf ki, bu bina dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısında deyil. Bu məsələ ilə əlaqədar Mədəniyyət naziri vəzifələrini icra edən Anar Kərimovla əlaqə saxladım. Anar müəllim bu məsələni şəxsi nazarətinə götürəcəyini bildirdi. Operativ reaksiyaya görə Nazirliyə təşəkkürümü bildirirəm. Vətəndaşlarımızı, əziz bakılılarımı tarixi binaların söküntüsü ilə bağlı məlumatlara diqqətli olmağa çağırıram. Dünən müraciət etdiyim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, hazırda bu ərazidə söküntü və ya tikinti işləri aparılacağı barədə müraciət daxil olmayıb”.
N.Arpadarai paylaşımında əlavə edib ki, bu gün Elçin Əliyev ilə birlikdə bu məkanı ziyarət ediblər:
“Sözügedən binanı şəhərimiz və gələcək nəsillər üçün mümkün olan bütün hüquqi üsullarla qorumaq üçün bu məsələni aidiyyəti qurumların və ictimaiyyətin diqqət mərkəzində saxlayacağıq. Məsələdən kənarda qalmadığı üçün Elçin müəllimə təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya