Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər
12:38 23.09.2020
Arxiv
622
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev ehtiyac yaranarsa, parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, İntizam komissiyasının üzvləri öz aralarında Qüdrət Həsənquliyevlə bağlı müzakirə apardıqdan sonra məsələyə baxıla bilər.
N.Həsənov onu da əlavə edib ki, Q.Həsənquliyev kifayət qədər peşəkar hüquqşünas və deputatdır.
Qeyd edək ki, Q.Həsənquliyev açıqlamasında əsgərlərimizin Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədiyini deyib.
Azərbaycan Müdafiə Nazirliyi isə Q.Həsənquliyevin bu fikirlərinə etiraz edib.
Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müsahibəsində Q.Həsənquliyevi tənqid edib.
“Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”, - deyə H.Hacıyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm